Quba, Beyləqan, Ağdaş və Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytları yaradılıb

Quba, Beyləqan, Ağdaş və Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytları yaradılıb
# 25 yanvar 2010 14:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Quba, Beyləqan, Ağdaş və Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin veb-saytları yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba rayon Mərkəzi Kitabxanasının (www.quba-information.az) saytında rayonun tarixi və turizm potensialı barədə informasiyalar yerləşdirilib.

Ağdaş rayon Mərkəzi Kitabxanasının (www.agdash-mks.az) saytında rayonun tanınmış simaları - akademik Bəkir Nəbiyev, xalq artisti Habil Əliyev, xalq yazıçısı Fikrət Qoca, xalq artisti Lütvü Məmmədbəyov haqqında geniş məlumatlar verilir. Yaxın vaxtlarda kitabxanada “Elektron kataloq” və “Elektron kitabxana” bölməsi oxucuların istifadəsinə təqdim ediləcək.

Beyləqan rayon Mərkəzi Kitabxanasının (www.beyleqaninfo.webs.com-da) saytında rayon, onun tanınmış şəxsiyyətləri, təbiəti haqqında, habelə ilk dəfə olaraq qədim Beyləqan şəhəri, onun qalıqları barədə materiallar yer alıb.

Neftçala rayon Mərkəzi Kitabxanasının (www.neftcala-mks.az) saytında da rayon, onun iqtisadiyyatı, elmi potensialı, ziyalıları haqqında ətraflı məlumatlar yerləşdirilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən davam etdirilən şəhər, rayon kitabxanalarının avtomatlaşdırılması işi “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR