Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edilib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edilib
# 29 yanvar 2010 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, yüksək səviyyəli filmlər çəkmək, eləcə də uşaq mövzusuna kinematoqrafçıların diqqətini cəlb etməkdir. Məlumatda bildirilib ki, müsabiqə yanvarın 28-dən aprelin 15-dək gənc kinematoqrafçılar arasında keçiriləcək.
Münsiflər heyətinin rəyi əsasında beş ən yaxşı layihə (onlardan ikisi uşaq mövzusunda olmaq şərti ilə) müəyyən ediləcək. 2010-cu il ərzində qalib layihələr onları təqdim etmiş şirkətlərdə dövlət sifarişi ilə istehsalata buraxılacaq.
Qaliblərin adları 2010-cu il aprelin sonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR