Ermənilər Azərbaycanın işğal olunan ərazilərində 100 mindən çox eksponatı qarət edərək Ermənistana aparıblar

Ermənilər Azərbaycanın işğal olunan ərazilərində 100 mindən çox eksponatı qarət edərək Ermənistana aparıblar
# 17 aprel 2010 08:21 (UTC +04:00)
Bu barədə APA-ya birliyin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilib ki, Ermənistan uzun illərdir Azərbaycanın mili mədəniyyətinə məxsus sənət əsərlərinin yox edilməsi və mənimsənilməsini hədəf götürüb. Bu, beynəlxalq konvensiyaların müvafiq müddəalarına zidd olmaqla hüquqi dildə “Mədəniyyətin soyqırımı” anlayışı kimi başa düşülməlidir: “Azərbaycanın işğal olunan ərazilərindəki müsəlman qəbiristanlıqlarında və digər yerlərdə 30-dan çox erməni kilsəsi tikilib. Bu ərazilərdə 200-dən çox erməni xaçdaşı istehsal edilərək basdırılır. Son 18 ildə Azərbaycanın işğal olunmuş ərazilərində 1700 tarix və memarlıq abidəsi erməniləşdirilib. İşğal edilən digər ərazilərdən, 27 muzey və şəkil qalereyasından 100 mindən çox eksponatı qarət edərək Ermənistana aparıblar. Yüzlərlə yer adı dəyişdirilib, 300-ə yaxın məscid, türbə, pir və digər qəbirüstü abidələr tamamilə dağıdılaraq yararsız hala salınıb. 200-dən çox digər qəbildən olan tarix və memarlıq abidəsi və bir tarix memarlıq qoruğu tamamilə məhv edilib”.

Bəyanatda beynəlxalq ictimaiyyətdən ermənilərin Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizmə son qoyulması, bu ərazilərdə monitorinq keçirilməsi tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR