Hacı Məmmədovun 90 illik yubileyi qeyd olunacaq

Hacı Məmmədovun 90 illik yubileyi qeyd olunacaq
# 21 aprel 2010 14:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Aprelin 23-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, xalq artisti Hacı Məmmədovun (1920-1961) 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, həmin axşam Muğam Mərkəzinin foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı, ustad tarzənin yaradıcılığına həsr olunmuş sərgi də təşkil ediləcək.
Bu yubiley gecəsi Hacı Məmmədovun 90 illiyinə həsr edilmiş ilk tədbir olacaq. May ayında Şamaxı şəhərində də yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR