Azərbaycan və İndoneziya mədəniyyət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İndoneziya mədəniyyət sahəsində əməkdaşlıq edəcək
# 23 aprel 2010 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva İndoneziya Nümayəndələr Palatası sədrinin müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, tərəflər hər iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə müzakirə aparıblar. S. Məmmədəliyeva 2011-ci ilin aprel ayında Bakıda mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumunun keçiriləcəyini qonaqların diqqətinə çatdırıb. İndoneziya nümayəndə heyətinin rəhbəri isə iki ölkə arasında əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR