Oslonun meri Fabian Stang Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadəni və nümayəndə heyətini qəbul edib - FOTOSESSİYA

Oslonun meri Fabian Stang Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadəni və nümayəndə heyətini qəbul edib - <font color=red>FOTOSESSİYA</font>
# 21 may 2010 00:07 (UTC +04:00)
Oslo. Ülker Qasımova - APA. Oslonun meri Fabian Stang Azrəbaycanın "Eurovision-2010" Mahnı Müsabiqəsinin təmsilçisi Səfurə Əlizadəni və nümayəndə heyətini qəbul edib. APA- nın Norveçə ezam olunmuş muxbirinin məlumatına göre, şəhər meri Azərbaycan təmsilçisini dəstəklədiyini və ona bu müsabiqədə uğurlar arzuladığını bildirib: "Bu yarışda mənim öz favoritim var. Istərdim ki, müsabiqə qalibi elə ən yaxşı mahnı olsun. Müsabiqədə iştirakınızda və bizim ölkədə olmağınıza çox sevinirəm. Əminəm ki, Oslo sizə uğur gətirəcək". Daha sonra təmsilçi Səfurə Əlizadə bu yaxınlarda toyu olacaq Fabian Stanga xoşbəxtlik arzulayıb. "Eurovision-2010" müsabiqəsi uçun hazırlanmış olan içərisində Səfurənin Əlizadənin adı yazılmış köynək, qələm və çanta olan promo materialı Oslo merinə hədiyyə edilib. Oslo şəhərinin meri isə nümayəndə heyətinin qarşısında Səfurənin adı yazılmış köynəyi nümayiş edərək təmsilmizi ürəkdən dəstəklədiyini bəyan edib. Səfurə Əlizadə isə Fabian Stanga Azərbaycan xalçasını bağışlayıb. Mer Azərbaycan xalçasının ona hədiyyə olunmasından məmnunluğunu ifadə edib. Norveç Azərbaycan Gənclər Təşkilatının sədri (NAYO) Ramil Əliyev də merə Azərbaycan nümayəndə heyətini qebul etdiyinə göre təşəkkrünü bildirib və Azərbaycandakı yeniliklərlə bağlı ona məlumat verib. Görüş zamanı Azərbaycan nümayəndə heyətini çox mehriban qarşılayan şəhər meri ölkəmizin şərəfinə badə də qaldırıb. Bununla bərabər mer Azərbaycanın "Eurovision-2010" təmsilçisi Səfurə Əlizadə və nümayəndə heyətini Oslo meriyasının binası ilə tanış edib.

Onu da qeyd edək ki, Fabian Stang Norveçdə səfərdə olan çoxsaylı ölkələrdən ancaq Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR