Alim Qasımov: “30 ildir Azərbaycanda disklərim satışdadır, ancaq nə bir çox sag ol almışam, nə bir qəpik pul qazanmışam”

Alim Qasımov: “30 ildir Azərbaycanda disklərim satışdadır, ancaq nə bir çox sag ol almışam, nə bir qəpik pul qazanmışam”
# 03 iyun 2010 15:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı bu gün keçirilən mətbuat konfransında Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov deyib. Muğam ifaçısı bildirib ki, Azərbaycanda bu hal digər ölkələrdəki kimi tənzimlənməlidir: “Diskim çıxsın və mənə pul gəlsin, bu, bizdə mümkün deyil. Ancaq bütün dünyada bu proses tənzimlənir və sənətkar təqdim etdiyi diskdən, konsertdən nə isə qazanc əldə edir. Azərbaycanda da bu işi tənzimləyən qurum olsa, çox yaxşı olar və bizim də canımız qurtarar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR