Sumqayıt Dövlət Musiqili Dram Teatrında Tuncer Cucenoğlunun əsəri əsasında tamaşa hazırlanıb

Sumqayıt Dövlət Musiqili Dram Teatrında Tuncer Cucenoğlunun əsəri əsasında tamaşa hazırlanıb
# 04 iyun 2010 08:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Tuncer Cucenoğlunun əsəri əsasında hazırlanmış “Ziyarətçi” tamaşasına ictimai baxış keçirəcək. Teatrdan APA-ya verilən məlumata görə, dövlət sifarişi ilə hazırlanmış tamaşaya ilk baxışı iyunun 9-da olacaq.

Tamaşanın quruluşçu rejissoru Könül Şahbazova, quruluşçu rəssamı Sevinc Həsənovadır. Rollarda xalq artisti Svetlana Həkimova, aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva və başqaları çıxış edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR