İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb
# 13 iyun 2010 19:20 (UTC +04:00)
Sərgini təşkil edən qalareyaçı Hülya Kırımoğlu APA-ya açıqlamasında deyib ki, rəssam Sadıq Babayevin əsərlərini ikinci dəfədir ki, türkiyəli sənət sevərlərin mühakiməsinə təqdim edib. Kırımoğlu bunu azərbaycanlı rəssamın yüksək peşəkarlığı ilə əlaqələndirib.

O bildiirb ki, S. Babayev yeni yaratdıqları rəsm emalatxanasında dərs də verəcək.

Qeyd edək ki, S. Babayev 14 ildir ki, İstanbulda yaşayır. Bu, onun indiyə qədər Türkiyədə açdığı iyirminci qrup sərgisidir. Rəssam 7 fərdi sərgisində də əsərlərini nümayiş etdirib. İstanbulun Səlamiçeşmə və Göztəpə bölgələrində sənət emalatxanası yaradan Babayevin 50 tələbəsi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR