Şəkinin YUNESKO-nun sənət şəhəri elan olunması istiqamətində iş aparılır – FOTO

Şəkinin YUNESKO-nun sənət şəhəri elan olunması istiqamətində iş aparılır – <font color=red>FOTO </font>
# 29 iyun 2010 11:39 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Şəkiyə ezam olunmuş əməkdaşına Şəki şəhər icra hakimiyyəti başçısının elm, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova deyib. Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb və lazımi materiallar toplanıb: “YUNESKO tərəfindən bizə gələn xüsusi məktuba əsasən şəhərin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı haqqında lazımi məlumatları toplamağa başladıq.
Bu yaxınlarda isə toplanılan materialları YUNESKO-ya təqdim edəcəyik. Qərar qəbul olunsa, Şəkinin adı Yaradıcı Şəhərlər Şəbəkəsinə adı düşəcək. Hazırda dünyanın 20-yə yaxın şəhəri bu şəbəkəyə daxildir”. Z. Cavadova deyib ki, yaxın zamanlarda YUNESKO-nun komissiyası yenidən Şəkiyə gələcək və müxtəlif sahələri ayrı-ayrılıqda öyrənəcək və sonra müəyyən qərar qəbul olunacaq: “Bu şəhər Azərbaycanın qədim tarixi özündə əks etdirir. Qədim mədəniyyətini qoruyub-saxlayır və buna görə də bizim də əsas vəzifəmiz şəhər rəhbərliyi olaraq bu şəhərdə olan tarixiliyi, qədimliyi qoruyub-saxlamaq və gələcək nəsillərimizə çatdırmaqdır”.

YUNESKO 2010-cu ili mədəniyyətlərin qovuşması və yaxınlaşması ili elan edib. Elə bu məqsədlə də artıq YUNESKO-nun fakt-araşdırıcı missiyası Şəkidə səfərdə olub: “Bu missiyaya Patrisiya Jeretik rəhbərlik edirdi. Səfərin məqsədi Şəkidə mədəniyyətin proqramlaşdırılması layihəsini həyata keçirmək məqsədi daşıyırdı. Yəni məqsəd Azərbaycanın qədim mədəniyyətini dünyada tanıtmaq, təbliğ etmək, eyni zamanda müxtəlif xalqlara xas olan mədəni xüsusiyyətləri Şəkiyə gətirməkdir. Yaxın zamanlarda bu layihə çərçivəsində işlər görüləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR