Türkmənistanda beynəlxalq estrada musiqisi, mahnı və rəqs festivalı keçiriləcək

Türkmənistanda beynəlxalq estrada musiqisi, mahnı və rəqs festivalı keçiriləcək
# 03 avqust 2010 11:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avqustun 18-23-də Xəzərin Türkmənistan sahilində yerləşən “Avaza” milli turizm zonasında beynəlxalq “Avaza-2010” estrada musiqisi, mahnı və rəqs festivalı keçiriləcək. Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bölgə ölkələrinin, o cümlədən Azərbaycanın yaradıcı kollektivləri festivala dəvət olunublar.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə keçirilən bu tədbirin məqsədi yeni istedadları aşkarlamaq və müxtəlif ölkələrin ifaçıları arasında dostluq və yaradıcı əlaqələri möhkəmləndirməyə yardım etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR