“Böyük səhnəyə yol” adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində konsertlər təşkil olunacaq

“Böyük səhnəyə yol” adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində konsertlər təşkil olunacaq
# 04 oktyabr 2010 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayının təşəbbüsü ilə gənc ifaçılara dəstək məqsədilə keçirilən “Böyük səhnəyə yol” adlı layihə çərçivəsində Azərbaycanın bölgələrində də konsertlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya məlumat verən layihənin rəhbəri, əməkdar artist Aybəniz Haşımova deyib ki, bu sırada ilk konsert proqramının Gəncə şəhərində təşkili planlaşdırılır.

Layihə çərçivəsində oktyabrın 4-də Şağan qəsəbəsində yerləşən uşaq evində layihənin dörd istedadının iştirakı ilə xeyriyyə konserti təşkil olunacaq. A. Haşımova bildirib ki, konsertdə qızı Aynişan Quliyevanın iştirakı nəzərdə tutulsa da, səhhətində yaranan problemlə əlaqədar o, konsertə qatıla bilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR