Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni tamaşa hazırlanır
# 09 oktyabr 2010 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Rusiya yazıçısı Leonid Juxovitskinin “Şahzadə və bacatəmizləyən” əsəri əsasında yeni tamaşa hazırlanır. APA-nın xəbərinə görə, eyni adlı səhnə əsərinə rejissor Vasif Məmmədov quruluş verib.

Səhnə əsərinin süjet xətti müflis olmuş kral və onun qızı üzərində qurulub. Tamaşada rolları Növrəstə Həşimova, Mətanət Əmrullayeva, İradə Zeynalova, İlahə Səfərova, İlqar İbrahimov, Vüsal Mustafayev, Ceyhun Məhərrəmov ifa edir. Tamaşanın musiqi tərtibatçısı Telman Qəniyev, səhnə quruluşu isə Mübariz Əliyevə məxsusdur. 43 yaşlı Sumqayıt teatrı bu tamaşa ilə mövsümün ilk premyerasına imza atacaq.

Bundan əlavə, Sumqayıt teatrının kollektivi oktyabrın 22-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşəcək. Teatr kollektivi orada keçiriləcək teatr festivalında iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR