Beynəlxalq Muğam Mərkəzində məşhur litvalı saksofonçunun konserti olacaq

Beynəlxalq Muğam Mərkəzində məşhur litvalı saksofonçunun konserti olacaq
# 25 oktyabr 2010 13:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Litvanın məşhur caz musiqiçisi, saksofonçu Kestutis Vaiginisin konserti olacaq. Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, K. Vaiginis Bakı Caz Festivalı çərçivəsində Emil Məmmədovla birgə çıxış edəcək.

Sənətçi bakılı sənətsevərlər qarşısında çıxış etməyin maraqlı olacağını söyləyib: “Mən Azərbaycan cazının ənənələri və onun muğamla sıx bağlılığı haqqında çox eşitmişəm”.

Qeyd edək ki, K. Vaiginis həm klassik musiqi, həm də caz ifa edir. Onun özünün bəstələdiyi kompozisiyalar da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR