Fatmayı kəndində yeni kitabxana istifadəyə verilib – FOTOSESSİYA

Fatmayı kəndində yeni kitabxana istifadəyə verilib – <font color=red>FOTOSESSİYA </font>
# 07 yanvar 2011 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin kitabxana sisteminin 9 nömrəli Fatmayı kənd filialının yeni binasının rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə inşa edilmiş kitabxananın ümumi sahəsi 90 kvadratmetr, kitab fondu isə 10 min nüsxədən artıqdır.

Açılışda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov Fatmayı kənd camaatına təhvil verilən yeni mədəniyyət müəssisini böyük hadisə kimi qiymətləndirib. O bildirib ki, 1950-ci ildən fəaliyyət göstərən Fatmayı kitabxanası uzun müddət yararsız vəziyyətdə olub. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həmin kitabxana sökülərək kəndin başqa yerində yenisi inşa edilib.

Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Mirzə Aslanov Fatmayı kəndində bir çox tanınmış simaların yetişdiyini və bu kitabxananın da yenilərini yetişdirəcəyinə inandığını deyib.

M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov isə filialın kitabxana-informasiya mərkəzinə çevrilməsi yolunda lazımi köməyi əsirgəməyəcəklərini söyləyib.

Açılışda Fatmayı kənd məktəblərinin müəllim və tələbə heyəti, ağsaqqallar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR