Qazaxıstanda MDB ölkələri musiqi akademiyaları rektorlarının toplantısı keçiriləcək

Qazaxıstanda MDB ölkələri musiqi akademiyaları rektorlarının toplantısı keçiriləcək
# 07 yanvar 2011 14:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələrinin musiqi akademiyalarının rektorlarının toplantısı keçiriləcək. Bunu APA-ya açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Rektorun sözlərinə görə, bu toplantı MDB Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondun rəhbəri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə yanvarın 21-i və 22-də baş tutacaq: “Toplantıda özüm də iştirak edəcəyəm. Görüş zamanı bir sıra məsələlər müzakirə olunacaq. Orada Baloniya sisteminə qoşulmaqla bağlı müzakirələr aparılmasını istəyirəm. Təhsildə Baloniya sistemi çox yaxşı haldır, amma bizim üçün bu, tezdir. Eyni zamanda musiqi akademiyalarında 4 illik təhsil sisteminin az olması problemini qabartmaq niyyətindəyik. Ümid edirəm ki, bu toplantının müsbət nəticələri olacaq”.

F. Bədəlbəyli qeyd edib ki, iki günlük toplantının nəticəsində MDB musiqi akademiyaları üçün bir sıra yeni qərarların qəbulu da nəzərdə tutulur. BMA rektoru bu ay, həmçinin Ankara və Bilkənt universitetlərində olacağını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR