Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi bölgələrə qastrola gedəcək

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi bölgələrə qastrola gedəcək
# 12 yanvar 2011 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Şuşa Dövlət Musiqili Dram Teatrı qastrol səfərlərinə hazırlaşır. Teatrdan APA-ya verilən məlumata görə, kollektiv Beyləqan, İmişli və Saatlı rayonlarına səfər edəcək. 13-15 yanvar tarixlərində baş tutacaq qastrol səfərlərində teatrın yaradıcı heyətinin ifasında “Ağ qayıq” tamaşası nümayiş olunacaq.

Elnurə Abdullayevanın müəllifi olduğu bu əsərə rejissor Samir Qulamov quruluş verib. Tamaşanın rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rollarda Şükufə Musayeva, Ramil Zeynalov, Dünyaxanım Dünyamalıyeva, Mahir Mirilşi, Aybəniz Əhmədova, Tural Məhərrəmov, Rasəf Mehdiyev, Nazir Tüstəmov, Ləman İmanova və başqaları çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR