Rejissor Cahangir Mehdiyevin 60 illik yubileyi keçiriləcək – FOTO

Rejissor Cahangir Mehdiyevin 60 illik yubileyi keçiriləcək – <font color=red>FOTO </font>
# 13 yanvar 2011 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tanınmış rejissor, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 60 illik yubileyi keçiriləcək. Yubiley tədbiri Azərbaycan Kinematoqrafçılar İttifaqında təşkil olunacaq. İttifaqdan APA-ya verilən məlumata görə, yanvarın 28-də keçirilməsi nəzərdə tutulan tədbirdə rejissor haqqında film nümayiş olunacaq. Eyni zamanda C. Mehdiyevin sənət dostları onun haqqında danışacaqlar.

Qeyd edək ki, rejissorun 60 yaşı bu gün tamam olur. Ömrünün çox hissəsini kinoya həsr etmiş istedadlı sənətkar yaradıcılığı dövründə kinoda müxtəlif səpkili parlaq və tamaşaçı tərəfindən sevilən filmlərə quruluş verib. O, 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Komediya janrında çəkdiyi “Vah!”, “Evlənmək istəyirəm”, “Kişi sözü”, “Gənc qadının kişisi”, “Girişmə, öldürər” və digər filmləri çəkib. Onun filmləri bir çox beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil edib və mükafatlara layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR