Mədəniyyət və turizm naziri Akademik Milli Dram Teatrında müsabiqənin ləğv olunmasının səbəblərini açıqlayıb

Mədəniyyət və turizm naziri Akademik Milli Dram Teatrında müsabiqənin ləğv olunmasının səbəblərini açıqlayıb
# 19 yanvar 2011 15:56 (UTC +04:00)
Biz ilk öncə bütün işçi heyətini ştatdan çıxartdıq. Bu gün heç kim deyə bilməz ki, mən ömürlük Milli Dram Teatrının aktyoruyam. Bu il onların hər biri üçün sınaq ilidir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, müsabiqənin keçirilməməsi ədalətli qərardır: “Bütün aktyorlar bir illik müqavilə üsuluna keçiriliblər. Yəni, onlar bir il müddətində teatrda öz bacarıqlarını, istedadlarını sübut etməlidir. Bir ildən sonra kim teatra lazım olsa, onunla müqavilənin müddəti uzadılacaq”.

Milli Dram Teatrında baş rejissor, ikinci rejissor anlayışının olmayacağını söyləyən Ə. Qarayev, bütün rejissorların müqavilə ilə fəaliyyət göstərəcəyini bir daha vurğulayıb: “Rejissorlar əsərləri müqavilənin şərtlərinə uyğun olaraq səhnələşdirəcəklər. Bunun özü də artıq islahatdır. Çünki bununla rejissorların maddi imkanları artır, digər tərəfdən də onlara bu rəqabətə dözmək, daha maraqlı tamaşalar yaratmağa şərait yaradılır. Biz inqilabçı deyilik. Bu islahatları davamlı, təyinatlı və məqsədli düşünürük. Bu bir il müddətində yeni strukturda çalışacaq teatr artıq yeni şəraitə uyğunlaşacaq, bərabər, ədalətli şərtlərlə öz fəaliyyətlərini davam etdirmək şansı qazanacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR