Səhhətində problem yaranan Fərhad Bədəlbəyli Qazaxıstan səfərini təxirə salıb

Səhhətində problem yaranan Fərhad Bədəlbəyli Qazaxıstan səfərini təxirə salıb
# 24 yanvar 2011 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələrinin musiqi akademiyalarının rektorlarının toplantısında iştirak etməyib. Bunu APA-ya açıqlamasında BMA rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. O bildirib ki, bu toplantıya dəvət olunsa da, qatılmaq imkanı olmayıb. Səfərin baş tutmamasına səbəb musiqiçinin səhhətində yaranmış problemlərdir.
Qeyd edək ki, yanvarın 21-i və 22-də Qazaxıstanda MDB musiqi akademiyalarının toplantısı keçirilib. Toplantıda MDB ölkələrində fəaliyyət göstərən musiqi akadmeiyaların mövcud problemləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR