Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçiriləcək
# 27 yanvar 2011 07:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi təşkil olunacaq. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə üç dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayının və “Bizim nəşrlər” kataloqunun təqdimatı da keçiriləcək. Sərgidə təqdim olunacaq kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR