Quba soyqırımı haqqında sənədli filmin çəkilişlərinə başlanıb

Quba soyqırımı haqqında sənədli filmin çəkilişlərinə başlanıb
# 27 yanvar 2011 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 1918-ci ildə ermənilər tərəfindən törədilən Quba soyqırımı haqqında sənədli filmin çəkilişlərinə başlanılıb. APA-nın məlumatına görə, “Yaddaşın Rəmzi” adlanacaq filmin ssenari müəllifi Mahir Qəribov, quruluşu rejissor-operatoru Ələkbər Muradov, prodüseri Əbdül Kuciyevdir.

Sənədli filmin çəkilişləri Azərbaycan Milli Arxivində, M. F. Axundov adına Milli Kutabxanada, Əlyazmalar İnstitutunda, eləcə də Bakı, Quba və Şamaxıda aparılır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR