Misir ifaçısı Bakıda ustad dərsləri keçəcək

Misir ifaçısı Bakıda ustad dərsləri keçəcək
# 27 yanvar 2011 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Misir musiqiçisi Yamini Redvan Azərbaycanda ustad dəsrləri keçəcək. APA-nın məlumatına görə, Bəstəkarlar İtifaqının sədri Firəngiz Əlizadə bildirib ki, ustad dərsləri martda Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq: “Əvvəlki festivalda Yamininin ifasını dinləyəndə çox təəccübləndik. Çünki biz nağaranın zərblə ifasını eşitməyə alışmışıq. Ancaq o bu alətdə çox zərif bir ifa sərgilədi. Ona görə də məhz onun ustad dərslərini keçirmək qərarına gəldik”.

F. Əlizadə ustad dərsləri zamanı xalq artisti, xanəndə Alim Qasımov və onun tələbələrinin çıxış etməsini istədiklərini söyləyib: “Çox istərdik ki, xarici mütəxəssislər onların ifasını dinləsinlər. Ancaq Alim Qasımov İranda olduğu üçün hələ özü ilə danışa bilməmişik. Ondan cavab gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR