“Min bir gecə” Dövlət Kreml Sarayında nümayiş etdiriləcək

“Min bir gecə” Dövlət Kreml Sarayında nümayiş etdiriləcək
# 31 yanvar 2011 12:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Fevralın 7-də Moskvanın Dövlət Kreml Sarayında “Kreml baleti” teatrının quruluşunda Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək. APA-nın “Gazeta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, tamaşada bu truppanın bütün aparıcı solistləri iştirak edəcəklər. Balet 1979-cu ildə yazılıb, 1980-ci ildə bu əsərə görə F. Əmirov SSRİ Dövlət Mükafatına layiq görülüb.

Tamaşanın xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Andrey Petrov, səhnə tərtibatçısı SSRİ-nin xalq rəssamı Tahir Salahov, geyimlər üzrə rəssam Olqa Polyanskayadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR