Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişafı proqramının ilkin layihəsinin müzakirəsi keçirilib – FOTO

Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişafı proqramının ilkin layihəsinin müzakirəsi keçirilib – <font color=red>FOTO </font>
# 09 fevral 2011 09:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişafı Proqramının (2011-2014-cü illər) ilkin layihəsinin müzakirəsi keçirilib. APA-nın məlumatına görə, müzakirədə nazir müavinləri Ədalət Vəliyev və Sevda Məmmədəliyeva, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamları Altay Hacıyev və Arif Hüseynov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Xalça Muzeyinin direktoru Röya Tağıyeva və başqaları iştirak ediblər.

Əbülfəs Qarayev deyib ki, proqramın əsas məqsədi xalqın yüz illər boyu yaratdığı, olduqca nadir sənət növlərindən olan miniatür sənətinin kompleks şəkildə tədqiqi, öyrənilməsi, Azərbaycan təsviri sənətinin genetik əsaslarının müəyyən edilməsi, dünyada tanıdılması, gənc nəsil arasında təbliği, miniatür sənəti ənənələrinin müasir və gələcək təsviri sənətdə yaşadılması və bu sənət növünün yox olub aradan çıxmasının qarşısının alınmasından ibarətdir. Nazir bildirib ki, müxtəlif incəsənət sahələri, xalq yaradıcılıq nümunələri ilk olaraq ölkə daxilində inkişaf etdirilməli, sonradan isə dünya ictimaiyyətinin qarşısına çıxarılmalıdır: “Müxtəlif incəsənət növləri, eləcə də miniatür sənəti bir neçə il ərzində respublika daxilində tədqiq olunmalı, elə inkişaf etməlidir ki, sonradan onu beynəlxalq səviyyəyə də yüksəldə bilək. Bunun üçün bizim geniş imkanlarımız və mütəxəssislərimiz var”.

Çıxışdan sonra miniatür sənəti ilə bağlı hazırlanmış slayd-şou nümayiş olunub. Daha sonra iclas qapaılı şəkildə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR