Yuğ Teatrının rejissoru Novosibirsk Dram Teatrında tamaşa hazırlayacaq

Yuğ Teatrının rejissoru Novosibirsk Dram Teatrında tamaşa hazırlayacaq
# 11 fevral 2011 15:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Yuğ Teatrının rejissoru Mikayıl Mikayılov Sergey Afanasyev adına Novosibirsk Şəhər Dram Teatrında tamaşa hazırlayacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, Mikayıl Mikayılov artıq səhnələşdirəcəyi əsəri seçib. Bu, məşhur yapon yazıçısı Rünoske Akutaqavanın “Bambuk meşəsində qətl” əsəridir.

Rünoske Akutaqavanın “Cəngəllik”, “Hörümçək toru” və “Tənhalıq cəhənnəmi” hekayələrinin motivləri əsasında hazırlanmış detektiv hekayə pritçanı xatırladır. Tamaşada yapon “Noh” teatrının və “Buto” plastik rəqs teatrının elementlərindən istifadə olunacaq. Aktyorlar plastika və söz vasitəsilə tamaşaçılara bir cinayət hadisəsinin müxtəlif versiyalarını təqdim edəcəklər və bununla da tamaşaçıya imkan yaradacaqlar ki, kimin qatil olduğuna özü qərar versin.

Tamaşanın səhnə tərtibatı bambukun müxtəlif konfiqurasiyalarından ibarətdir. Qrim, kostyum, maskalar və dekorasiyalar yapon mədəniyyəti və ənənəsinə uyğundur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR