Musiqili Komediya Teatrı “Evlənmə” tamaşasının premyerasını Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirəcək – FOTO

Musiqili Komediya Teatrı “Evlənmə” tamaşasının premyerasını Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirəcək – <font color=red>FOTO </font>
# 15 fevral 2011 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Nikolay Qoqolun ölkədə ilk dəfə səhnəyə qoyulan “Evlənmə” komediyasının premyerasını keçirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq artistləri Məleykə Əsədova, Şükufə Yusupova teatrın yeni tamaşasında 100 illik səhnə ocağının aktyorları ilə birlikdə çıxış edəcəklər. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Evlənmə” əsərində Aqafya Tixonovna obrazı Məleykə Əsədovaya, Fyokla İvanovna rolu isə Şükufə Yusupovaya həvalə olunub. “Evlənmə” bu aktrisaların Musiqili Komediya Teatrında debüt tamaşasıdır.

Bu əsər böyük rus yazıçısının 200 illik yubileyinə həsr edilib. Tamaşanın premyeraları fevralın 23-24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Qeyd edək ki, hazırda Musiqili Komediya Teatrı əsaslı təmirə görə bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR