Abdulla Şaiqin 130 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq

Abdulla Şaiqin 130 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq
# 23 fevral 2011 08:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın görkəmli ədibi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu silsilədən ilk tədbir fevralın 24-də Abdulla Şaiqin Mənzil Muzeyində keçiriləcək. Mərasimə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Musiqi kollecinin, Abdulla Şaiq adına Kitabxananın, muzeylərin təmsilçiləri, habelə media əməkdaşları dəvət olunublar. Tədbirdə Miniatür kitab muzeyinin direktoru Zərifə Salahova tərəfindən ədibin “Tülkü həccə gedir” miniatür kitabı təqdim ediləcək. Abdulla Şaiqin yubiley tədbiri martın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə burada təntənəli tədbir keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR