Azərbaycanın mədəniyyət və turizm naziri İtaliyanın Çerveteri şəhərinin meri ilə görüşüb

Azərbaycanın mədəniyyət və turizm naziri İtaliyanın Çerveteri şəhərinin meri ilə görüşüb
# 08 aprel 2011 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İtaliyanın Çerveteri şəhərinin meri Cino Çioqli ilə görüşüb. APA-nın məlumatına görə, italiyalı qonaq Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunu yüksək qiymətləndirib və bu möhtəşəm tədbir münasibətilə ölkə rəhbərliyini təbrik edib.

Görüşdə hər iki ölkənin istər mədəni həyatında, istərsə də turizm sahəsində baş verən yeniliklər haqqında məlumatlar verilib. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq yolları da müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR