Azərbaycan kinosunun təbliği məqsədilə yeni layihə həyata keçirilir

Azərbaycan kinosunun təbliği məqsədilə yeni layihə həyata keçirilir
# 21 aprel 2011 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Kinematoqrafçılar İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan kinosunun təbliği məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb. İttifaqdan APA-ya verilən məlumata görə, ilk film nümayişləri Xızı və Siyəzən rayonlarında olub.

Siyəzən rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Etibar Heydərov belə tədbirlərin zəruriliyini qeyd edib və kinematoqrafçılarla əməkdaşlığa hazır olduqlarını bildirib. Kinematoqrafçılar İttifaqının Filmlərin yayımı və təbliğatı şöbəsinin müdiri Gəray Əlibəyov isə deyib ki, belə tədbirlərin ölkənin bütün regionlarında keçirilməsi planlaşdırılır. Növbədə Şabran, Quba və Qusar rayonlarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR