Gənc Tamaşaçılar Teatrında “Mən səni sevirəm” tamaşasının premyerası keçirilib - FOTOSESSİYA

Gənc Tamaşaçılar Teatrında “Mən səni sevirəm” tamaşasının premyerası keçirilib - <font color=red>FOTOSESSİYA </font>
# 23 aprel 2011 11:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin M.S.S. – “Mən səni sevirəm” adlı pyesi əsasında eyniadlı iki hissəli lirik komediyasının premyerası keçirilib. APA-nın məlumatına görə, premyera aprelin 22-də baş tutub. Qabaqcıl maarif xadimi, respublikanın əməkdar müəllimi Bilqeyis Məmmədovanın xatirəsinə ithaf olunmuş tamaşanın quruluşçu recissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Tamaşada əsas obrazları əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Lətifə Əliyeva, Kubra Dadaşova, aktyorlar Almaz Mustafayeva, Kəmalə Hüseynova, Mehriban Abdullayeva, Eşqin Quliyev, Günel Məmmədova, Elşən Çarhanlı, Sərvər Əliyev, Asya Atakişiyeva, Elnur Hüseynov və başqaları ifa edirlər.

Tamaşanın novbəti premyerasının mayın 7-də keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR