“Miras” filmi Riqada beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

“Miras” filmi Riqada beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək
# 27 aprel 2011 08:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fariz Əhmədovun “Miras” filmi Riqada keçirilən “Tourfilm” beynəlxalq sənədli filmlər festivalına dəvət alıb. Rejissorun APA-ya verdiyi məlumata görə, “Miras” Azərbaycanı əsas müsabiqə bölməsində təmsil edəcək.

Festivalda ümumilikdə 23 ölkədən 79 film mübarizə aparacaq. Festivala Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Çexiya, Portuqaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin rejissorları qatılacaq.

Aprelin 30-da müsabiqə öz işini başa çatdıracaq. Bağlanış mərasiminin isə “Riqa” kinoteatrında keçirilməsi nəzərdə tutulur.

2010-cu ildə “Bir addım” studiyasında istehsal olunan “Miras” filminin ssenari müəllifi Esmira Eyub, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Fərid Bağırov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR