Mədəniyyət və turizm naziri fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərini təltif edib - FOTOSESSİYA

Mədəniyyət və turizm naziri fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərini təltif edib - <font color=red>FOTOSESSİYA</font>
# 11 may 2011 10:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin fərmanı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərini təltif edib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən nazir bildirib ki, mədəniyyət və incəsənət xadimlərinin əməyinə verilən qiymət onların yaradıcılıq prosesinə müsbət təsir göstərir: “Yaradıcı insanların əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi ənənəsi Heydər Əliyev tərəfindən formalaşıb və hazırda da davam edir. Azərbaycan cəmiyyətində mədəniyyətin inkişafı sahəsində aparılan işlərə böyük maraq var. Ölkə prezidentinin mədəniyyətə böyük dəstəyi bu sahədə aparılan işlərin daha da güclənməsinə səbəb olur. Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir”.

Ə. Qarayev deyib ki, təkcə may ayı ərzində Azərbaycanın nümayəndə heyətləri bir neçə ölkədə mədəniyyətin təbliğini həyata keçiriblər: “Hazırda ABŞ-ın bir neçə şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Daha sonra Küveytdə, Rusiyada, Çində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 1000 nəfər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR