On yaşlı azərbaycanlı musiqiçi Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında uğurla çıxış edib – FOTO

On yaşlı azərbaycanlı musiqiçi Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında uğurla çıxış edib – <font color=red>FOTO </font>
# 25 may 2011 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı gənc musiqiçi Yasin Həsənov Rumıniyanın Bakau vilayətinin Oneşt şəhərində keçirilmiş XVI “Tİ AMO” Beynəlxalq Uşaq Pop Musiqisi Festivalında iştirak edib. Bakı şəhər T. Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin vokal ixtisası üzrə şagirdi, 10 yaşlı Yasin Həsənovun festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniya, Bolqarıstan, İtaliya, Malta, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 40-dan çox uşağın iştirak etdiyi bu festivalda Azərbaycanın yeganə təmsilçisi Yasin Həsənov uğurla çıxış edərək III mükafata və xüsusi diplomlara layiq görülüb.

Qeyd edək ki, Yasin Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində və Belarus Respublikasının Mozır şəhərində keçirilmiş uşaq musiqi müsabiqələrində də yüksək nəticə göstərib və hər iki müsabiqənin qran-pri mükafatına layiq görülüb. Gənc vokalçı 2011-ci ilin iyul ayında Belarusun Vitebsk şəhərində keçiriləcək “Slavyan bazarı” beynəlxalq uşaq yaradıcılığı festivalında iştirak etməyə hazırlaşır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR