Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilir
# 25 may 2011 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Çində Azərbaycanın 28 May – Respublika Günü və müstəqilliyin bərpasının 20-ci ildönümü ilə bağlı Azərbaycan Mədəniyyəti Günləri keçirilir. APA-nın məlumatına görə, mayın 24-də Pekin şəhərində Respublika Günü münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çinin mədəniyyət nazirinin müavini xanım Jao Şaxua da iştirak edib. Rəsmi çıxışlardan sonra Azərbaycan Dövlət Rəqs Ansamblının solistlərinin ifasında milli rəqslər, xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın klassik bəstəkarlarının əsərləri, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam ifa olunub.

Bu gün Azərbaycan Mədəniyyəti Günlər çərçivəsində “San Pin” İncəsənət Qalereyasında fotosərgi təşkil olunub, habelə miniatür kitab və milli geyim nümunələri nümayiş etdirilib. Sərginin açılış mərasimində Ə. Qarayev və Çinin mədəniyyət naziri Çai Vu iştirak ediblər.

Çində Azərbaycan Mədəniyyət Günləri mayın 27-nə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR