Fransanın Monpelye şəhərində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərgi açılacaq

Fransanın Monpelye şəhərində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərgi açılacaq
# 27 may 2011 04:35 (UTC +04:00)
Bakı-APA. Bu gün Fransanın Monpelye şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərgi açılacaq.
APA-ya Fransada fəaliyyət göstərən Azərbaycan Fransa Gənclik Assosiasiyasından (AFGA) bildiriblər ki, tədbir zamanı Azərbaycan tarixini əks etdirən müxtəlif eksponatlarla yanaşı, bir fransız turistinin Azərbaycana dair xatirə şəkilləri sərgilənəcək. Eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivlərindən bəhs edən video-çarxlar da nümayiş olunacaq. Qeyd edək ki, tədbir eyni şəkildə Strasburq şəhərində 23-24 may tarixlərində keçirilib. Monpelye şəhərindən sonra Mədəniyyəti günləri Tuluza şəhərlərində davam edəcək.

Keçiriləcək tədbirlərin əsas məqsədi Azərbaycanın tarixini, milli irsini, özünəməxsus mədəniyyətini və eləcə də inkişaf etməkdə olan turizm sahəsini Fransa ictimaiyyətinə təbliğ etməkdən ibarətdir.

Fransada Azərbaycan mədəniyyət günləri Azərbaycanın bu ölkədəki səfirliyi və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə təhsil alan tələbələrin dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR