Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin saytının yenilənməsi ilə bağlı təlimat verib

Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin saytının yenilənməsi ilə bağlı təlimat verib
# 14 iyul 2011 14:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin rəsmi saytının yenilənməsi ilə bağlı təlimat verib. Ə. Qarayev APA-ya açıqlamasında nazirliyin rəsmi internet saytında, xüsusilə ingilis dili bölməsində ürək açmayan məqamlar olduğunu söyləyib: “Bu günlərdə mən bununla bağlı xüsusi təlimatlar vermişəm və öz etirazımı bildirmişəm. Saytımızda rus dilində sonuncu xəbər bu ilin mayında, ingilis dilində son xəbər isə 2010-cu ildə qoyulub. İngilis dilində məlumatların gündəlik yerləşdirilməsi üçün bizə əlavə mütəxəssislər lazımdır. Bu, bizim çox axsayan yerimizdir. Mən bu problemin həllində gənclərdən istifadə etmək niyyətindəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR