Rüstəm İbrahimbəyova “Altın Portağal” festivalında mükafat təqdim ediləcək

Rüstəm İbrahimbəyova “Altın Portağal” festivalında mükafat təqdim ediləcək
# 24 avqust 2011 16:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq yazıçısı, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 48-ci Antalya Beynəlxalq “Altın Portağal” Film Festivalında fəxri qonağı qismində iştirak edəcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu tədbirdə azərbaycanlı rejissora xüsusi mükafat təqdim olunacaq. Bu mükafat Antalya Bələdiyyəsinin Antalya Sənət Dərnəyi ilə birgə təşkil etdiyi 48-ci festivalda türkdilli ölkələr tarixində yeganə “Oskar” mükafatçısı olan azərbaycanlı rejissora veriləcək.

Qeyd edək ki, R. İbrahimbəyovun bir çox filmləri beynəlxalq festivallarda uğur qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR