Bakıda “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Mədəniyyət Məsələləri üzrə Monitorinq və İnstitusional İnkişaf Bürosunun dəyirmi masası keçirilir

Bakıda “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Mədəniyyət Məsələləri üzrə Monitorinq və İnstitusional İnkişaf Bürosunun dəyirmi masası keçirilir
# 01 noyabr 2011 12:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Mədəniyyət Məsələləri üzrə Monitorinq və İnstitusional İnkişaf Bürosunun dəyirmi masası keçirilir. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan və Avropa Birliyinin mədəniyyət sahəsində əməkdaşlıq perspektivlərinə dair məsələlər müzakirə olunacaq.

Tədbirin açılış mərasimində çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməliyyat idarəsinin rəhbəri Federiko Berna bildirib ki, “Şərq Tərəfdaşlığı” proqramı insanlar arasında əlaqələrin aktivləşdirilməsi və mədəni əməkdaşlığın qurulması üçün alətlərdən biridir. O qeyd edib ki, Avropa Birliyi Azərbaycanda mədəniyyət sahəsində bir sıra proqramlar reallaşdırır, “Şərq-Tərəfdaşlığı” proqramı çərçivəsində belə layihələr 2010-cu ildən həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Yusif Eyvazzadə bildirib ki, “Şərq Tərəfdaşlığı” proqramı ölkəmizdə mədəni layihələrin reallaşdırılması üçün yeni imkanlar yaradıb. O Polşanın Avropa Birliyinə sədrliyi dövründə bu istiqamətdə bir sıra tədbirlərin keçirildiyini deyib. Yusif Eyvazzadə əmin olduğunu bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanla Avropa Birliyi arasında beynəlxalq səviyyədə əməkdaşlığı genişləndirməyə imkan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR