Azərbaycan 29-cu Milan Beynəlxalq Festivalında uğurla təmsil olunub

Azərbaycan 29-cu Milan Beynəlxalq Festivalında uğurla təmsil olunub
# 04 noyabr 2011 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İdman Filmləri Beynəlxalq Federasiyası tərəfindən keçirilən 29-cu Milan Beynəlxalq Festivalı başa çatıb. Festivalın final mərhələsində idmanın 50 növü üzrə 54 ölkədən 150-yə qədər film nümayiş etdirilib. Azərbaycan “Salnamə” studiyasında çəkilmiş “Yerə dəyən top göylərə qalxar” və “Çovqan” sənədli filmləri ilə təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə filmləri 7 nominasiya üzrə yarışıb - “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar”. Sonuncu bölmədə “Yerə dəyən top göylərə galxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülüb. Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuş film 2011-ci ildə “Salnamə” studiyasında çəkilib. Filmin müəllifi Arzu Urşandır. “Çovqan” filmi isə festivalın fəxri diplomu və xüsusi medalına layiq görülüb. Filmin müəllifi Rafiq Quliyevdir.

“Yerə dəyən top göylərə galxar” filmi Milan festivalı zamanı Almaniya və Braziliyada keçirilən idman filmləri festivallarına da dəvət alıb.

Xatırladaq ki, “Yerə dəyən top göylərə galxar” filmi sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə I yeri qazanmışdı.

“Çovqan” filmi isə festivalın fəxri diplomu və xüsusi medalına layiq görülüb. Filmin müəllifi Rafiq Quliyevdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR