Latviyada “Eurovision-2012” üçün milli seçimlər başlayıb

Latviyada “Eurovision-2012” üçün milli seçimlər başlayıb
# 09 noyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Latviya Bakıda keçiriləcək “Eurovision-2012” musiqi yarışması üçün mahnı seçiminə başlayıb. APA-nın “Diena” qəzetinə istinadən verdiyi məlumata görə, 20-yə qədər musiqi əsəri online səsvermə və milli seçim turunun bədii şurası tərəfindən seçilib.
Bütün mahnılar Latviya müəllifləri tərəfindən yazılmış olsa da, onların əksəriyyəti ingilis dilində ifa edilib. Milli seçim turunun finalçıları arasında yalnız Nikolas Puzikovun ifa etdiyi "Sevgi çox ola bilməz" mahnısı latış dilindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR