Azərbaycanda “Eurovision-2012” üçün milli seçimin dinləmələri başa çatıb

Azərbaycanda “Eurovision-2012” üçün milli seçimin dinləmələri başa çatıb
# 09 noyabr 2011 10:28 (UTC +04:00)
Bakı – APA. “Eurovision-2012” mahnı müsabiqəsi üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb. APA-nın İctimai Televiziyanın saytına istinadən verdiyi məlumata görə, sənədləri qəbul olunmuş 119 iştirakçı dinləmələr zamanı səs və səhnə imkanlarını nümayiş etdirib.

Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, “Eurovision” müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, musiqiçi Zəhra Bədəlbəyli, müğənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR