Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai: “Azərbaycan “Eurovision -2012” yarışmasını qəbul etməyə tam hazırdır”

Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai: “Azərbaycan “Eurovision -2012” yarışmasını qəbul etməyə tam hazırdır”
# 15 noyabr 2011 11:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib.

ÜTT baş katibi “Eurovision” yarışmasına ev sahibliyinin Azərbaycan üçün bilavasitə reklam olduğunu əlavə edib: “Bu il Azərbaycan “Eurovision” müsabiqəsində qalib gəldikdə çox insan ölkəniz haqqında ilk dəfə eşitdilər. Bu il siz dünyanın diqqətini özünüzə cəlb etdiniz və gələn il dünyanın buraya gəlib bilavasitə sizinlə tanış olmasına şərait yaradacaqsınız. İnanıram ki, Bakıya gələn hər insan Azərbaycana mənim kimi heyran olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR