Azərbaycanda ilk dəfə Art Kampa start verilir

Azərbaycanda ilk dəfə Art Kampa start verilir
# 24 noyabr 2011 22:34 (UTC +04:00)
Bakı-APA. Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində Azərbaycan tarixində ilk dəfə keçiriləcək Art Kampa start verilir.
Tədbirin Təşkilat Komitəsi adından millət vəkili Jalə Əliyeva APA-ya bildirib ki, Art-Kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil ediləcək. Art-Kampda Teatr Festivalının iştirakçıları iştirak edəcək. 100-dən çox gənc 3 gün ərzində peşəkardan ustad dərsləri almaqla yanaşı, əyləncəli yarışlara, tədbirlərə də qatılacaqlar.
Art-Kampın ilk günü noyabrın 25-də saat 14.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu kafedrasının müdiri Sevda Teymurova gənclərə master klas keçəcək.

Ardınca saat 17.00-da şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və aktyor-rejissor Şeyx Əbdül Mahmudbəyov gənclərə ustad dərsi verəcək.

Xatırladaq ki, Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR