“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı hər ölkənin çıxışından əvvəl nümayiş etdiriləcək promo-videoların çəkilişlərinə başlanılıb

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı hər ölkənin çıxışından əvvəl nümayiş etdiriləcək promo-videoların çəkilişlərinə başlanılıb
# 09 mart 2012 09:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı hər ölkənin çıxışından əvvəl nümayiş etdiriləcək promo-videoların çəkilişlərinə başlanılıb. APA-nın məlumatına görə, bunu “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand builki müsabiqənin rəsmi internet saytına açıqlamasında deyib. O bildirib ki, bu dəfə ölkələr haqqında daha çox məlumatlar olacaq: “Həm də bu yalnız turizm əhəmiyyətli video olmayacaq. Bura çoxlu texniki yeniliklər də əlavə edilib. Videolarda daha çox fərqlilik, müasirlik və qədimlik öz əksini tapacaq. Bu isə Azərbaycanı insanlara göstərəcək. Onları bu ölkənin mədəniyyətinə yaxınlaşdıracaq”.

Qeyd edək ki, “Eurovision” müsabiqəsinin İşçi Qrupu ilə Avropa Yayımları Birliyi (EBU) nümayəndələrinin görüşü olub. Tədbirdə Bakıda keçiriləcək “Eurovision 2012”-yə son hazırlıq işləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR