Fransanın mədəniyyət və kommunikasiya naziri “Nizami” Kino Mərkəzi ilə tanış olub

Fransanın mədəniyyət və kommunikasiya naziri “Nizami” Kino Mərkəzi ilə tanış olub
# 10 mart 2012 16:32 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyəti martın 10-da “Nizami” Kino Mərkəzi ilə tanış olub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Əbülfəs Qarayev qonaqları yeni istifadəyə verilmiş mərkəz haqqında ətraflı məlumatlandırıb.

“Nizami” Kino Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Frederik Mitteran kinematoqrafiya sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. O bildirib ki, Fransa birgə film istehsalı ilə bağlı Azərbaycan tərəfi ilə əməkdaşlıq sazişi imzalamağa hazırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR