Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

Bakıda Rusiya Kinosu Günləri keçiriləcək
# 29 mart 2012 09:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Aprelin 2-dən 6-dək «Nizami» Kino Mərkəzində Rusiya Kinosu Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Kinosunun İnkişafına Yardım Fondunun birgə təşkil etdikləri tədbirin proqramına son illərdə istehsal edilmiş müxtəlif janrlara aid beş film daxil edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kino həftəsi aprelin 2-də “İngilis sahil küçəsində ev” filmi ilə açılacaq. Digər günlərdə “Cənab Qolovlyovlar”, “On qış”, “Qaydasız” və “İspaniyalı” bədii filmlərinin nümayişi nəzərdə tutulur.

Kino proqramını Rusiya Kinosunun İnkişafına Yardım Fondunun idarə heyətinin sədri, Avrasiya Televiziya və Radio Akademiyasının üzvü Mixail Alekseyev təqdim edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR