Mingəçevirdə Milli Teatr Festivalının açılışı olub

Mingəçevirdə Milli Teatr Festivalının açılışı olub
# 01 iyun 2012 19:51 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə iyunun 1-də keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının (TXİ) sədri Azər Paşa Nemətov çıxış edib. Məlumat verilib ki, M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə iyunun 1-dən 25-dək keçiriləcək Milli Teatr Festivalının birinci mərhələsi iyunun 1-8-də Mingəçevirdə, ikinci mərhələsi ayın 8-25-də Bakı şəhərində olacaq.
Ölkənin 21 teatrı bu festivalda 24 tamaşa ilə iştirak edəcək. Onlar böyük ədibin əsərləri əsasında hazırladıqları tamaşaları təqdim edəcəklər. Festivalın təşkilat komitəsi və teatr tənqidçiləri qrupu yaradılıb. Festivalın ilk günü Şəki Dövlət Dram Teatrının hazırladığı “Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) tamaşası nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR