Şotlandiyalı yazıçı və jurnalist Evan Spens “Eurovision” mahnı müsabiqəsi haqqında kitab yazır

Şotlandiyalı yazıçı və jurnalist Evan Spens “Eurovision” mahnı müsabiqəsi haqqında kitab yazır
# 04 iyun 2012 13:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Britaniya Film və Televiziya sənəti Akademiyasının mükafatına namizəd göstərilmiş yazıçı Evan Spens (Ewan Spence) “Eurovision” mahnı müsabiqəsindəki təcrübəsini geniş oxucu auditoriyası ilə bölüşmək istəyindədir. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, müəllifin fikrincə, tamaşaçıların əksəriyyəti “Eurovision” mahnı müsabiqəsini 3 əsas şoudan - iki yarımfinal və final konsertlərindən ibarət olduğunu düşünür. Amma Evan "Eurovision dünyasında" bu əsas 3 şoudan savayı, 362 gün ərzində baş verən hadisələr və hazırlıqlardan danışacaq. Müəllif bunun üçün bir çox ölkələrin milli finalında iştirak edib. O, Amsterdamda “Eurovision 2012” öncəsi təşkil edilən "Eurovision in consert" layihəsində də iştirak edib Yazıçı kitabında 2011-ci ilin mayında Düsseldorfdakı qələbədən 2012-ci ilin möhtəşəm Bakı şousunadək olan yola nəzər salacaq: “”"Eurovision” - şənbə gecəsi (Bakıdakı final gecəsi) bizim gördüyümüz 3 saatlıq şoudan daha böyük məna kəsb edir. Bir müsabiqənin sonundan növbətinin başlanğıcına qədər nə baş verir? Bu, əslində bütün il boyu "Eurovision"la yaşamaq və nəfəs almaq kimi bir şeydir. O, heç vaxt dayanmır. Layihə mədəniyyət, musiqi, siyasət sahəsində və insanlarla bağlı nəhəng kəşflərə yol açır". Evan kitabın nəşri ilə bağlı Böyük Britaniyada bir çox nəşriyyat evlərinə müraciət edib. Nəhayət, ideyasını "The Guardian" qəzeti ilə reallaşdırmaq qərarına gəlib: "Hər bir tamaşaçı sadəcə öz ölkəsində keçirilən milli finalı izləyir. O, yalnız buradakı mahnılardan xəbər tuta bilir. Halbuki, builki milli finallarda ümumilikdə 800-dən artıq mahnı səslənmişdi. Tamaşaçılar isə onlardan yalnız 42-sini dinlədilər. Bir mahnı isə qalib oldu. Siz böyük bir musiqi xəzinəsini ötürmüsünüz. Bu kitabı yazmaq ideyası da bundan yarandı”.

Qeyd edək ki, Evan Spens Bakıdakı şounu işıqlandıran jurnalistlər sırasında Şotland qiyafəsi və “Terry Vision” adlı kukla personajı ilə ən fəal media nümayəndələrindən biri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR