Azərbaycanın UNESCO-dakı nümayəndəsi Baş Assambleyanın prezidenti seçilib

Azərbaycanın UNESCO-dakı nümayəndəsi Baş Assambleyanın prezidenti seçilib
# 05 iyun 2012 07:23 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sessiyada Azərbaycanı UNESCO yanında daimi nümayəndə, səfir Eleonora Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova təmsil edirlər.
Sessiyanın açılışında prezident, beş vitse-prezident və məruzəçidən ibarət iclasın bürosu müəyyənləşib. Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir E. Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın prezidenti seçilib.
Qeyd edək ki, 2010-cu ilin iyun ayında UNESCO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyasında Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinə üzv seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR